Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-11 16:19:46
ENGAGE layihəsinin növbəti təlimi Polşada keçirilib

“Erasmus+” çərçivəsində həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi üzrə növbəti təlim Polşada keçirilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycanın 11 universitetinin nümayəndə heyətindən ibarət qrup təlimlərdə iştirak etmək üçün Polşanın Bydqoş şəhərində işgüzar səfərdə olub. Polşanın Bydgoszcz İqtisadiyyat Universitetinin (WSG) ev sahibliyi etdiyi təlimdə Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və beynəlxalq layihə qrupunun rəhbəri Mətanət Paşayeva təmsil edib.

 

Təlim çərçivəsində WSG fəaliyyət modelləri və sahibkarlığın şaxələndirilməsi istiqamətində akademik heyət və tələbələr üçün yaradılan şərait və şərtlər barədə təcrübəsi öyrənilib. Səfər zamanı nümayəndə heyətinə sahibkarlıq universitetinin strategiyası, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi mövzularında ətraflı məlumat verilib.