Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 12:01:16
Bərdədə erməni terrorunun qurbanları anılıb - FOTO

Bərdədə ermənilərin törətdikləri Qarayusifli terrorunda həlak olanların xatirəsi anılıb.

 

AzEdu.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törədib.

 

27 Oktyabr 2020-ci il tarixində Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kənd ərazisində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə kompleksi qurulub. Sözügedən abidə həm də erməni terrorunun sübutudur. Bu gün rayon sakinləri abidəni ziyarət edərək şəhidlərin xatirəsini anıb, önünə gül çiçək dəstələri düzüblər.

 

Qeyd edək ki, 2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfində Bərdə rayonun Qarayusifli kəndinə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi atılıb. Nəticədə biri azyaşlı olmaqla 5 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.