Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 15:22:46
Nazir: Məktəblərdə baş verən neqativ hallar araşdırılır

"Son dövlərdə məktəblərdə baş verən neqativ halları araşdırırıq".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

 

Neqativ hadisələr müxtəlif səbəblərdən baş verə bilər. Bu kimi bədbəxt hadisələr, müəllim-şagirdlər arasındalı münasibətlərdən, şagirdlərin bir-biri arasındakı münasibətlərdən, və s. baş verə bilər:

 

"Biz kimlərinsə arzu və istəkləri ilə fəaliyyət göstərmirik. Bu və ya digər hadisələrin cinayət olub olmamasını müəyyən edən hüquq mühafizə orqanı və məhkəmədir. Sözügedən orqanlar müəyyən araşdırma apardıqdan sonra, məhkəmə qərar verir. Qərar olmadan kiməsə cəza tətbiq etmək deyə bir şey yoxdur".

 

Emin Əmrullayev qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən baş vermiş mənfi hallarla bağlı kiminsə günahı varsa, o halda qanun çərçivəsində qərar verilir.

 

"Baş verən hallarla bağlı müəllimlərə qarşı hörmətsizlik etmək qətiyyən yolverilməzdir. Bu bizim nazirlik olaraq mövqeyimizdir.