Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-07 14:16:07
“Parlaq gələcəyim” layihəsi çərçivəsində Xızıda şagirdlərlə görüş keçirilib

“Parlaq gələcəyim” layihəsi çərçivəsində Xızı rayonunun Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin şagirdləri ilə görüş keçirilib. 

 

AzEdu.az xəbər verir ki, görüşdə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyanın “Polytechnic School of Design” Universitetindən məzun olmuş Xatirə Hüseynəliyeva dizayn ixtisası barədə uşaqları məlumatlandırıb. 

 

Görüşdə iştirak edən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) baş katibi Güldanə Dadaşova təhsil müddətində və sonra azərbaycanlı tələbələrin, məzunların yaratdığı birliklərdən, eləcə də dövlətin gənclərə dəstəyi, keçirilən tədbir və görüşlərdən danışıb. 

 

150-yə yaxın şagirdin iştirak etdiyi görüşdə həmçinin “2022–2026-cı illər üzrə Dövlət Proqramı” və Hökumətlərarası Təqaüd Proqramlarına qəbul barədə məlumat verilib, daha sonra uşaqlarla keçirilən intellektual oyunlar çərçivəsində onlara hədiyyələr təqdim olunub. 

 

Qeyd edək ki, layihənin məqsədi xaricdə təhsil alan gənclərin, o cümlədən dövlət proqramları və Hökumətlərarası Təqaüd Proqramları məzunlarının şagirdlərlə təcrübələrini bölüşməsini təmin etmək, müasir ixtisas sahələri, gələcəyin tələbləri, peşə seçimi barədə onları məlumatlandırmaqdır.