Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-30 12:05:00
Şagirdlərin yerdəyişmə etməsinin əsas səbəbi nədir? – CAVAB  

Cari ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 47 854 şagirdin elektron sistem vasitəsilə yerdəyişmə aparması ilə bağlı ictimaiyyətə açıqlama verilib.  

 

İl ərzində kütləvi şəkildə şagirdlərin yerdəyişmə etməsinə səbəb nə olub?

 

AzEdu.az Təhsil Portalı olaraq bu barədə BŞTİ-yə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, “Sagird yerdəyişməsinin əsas səbəbləri sırasında yaşayış və iş yerlərinin dəyişilməsi valideynlər tərəfindən daha çox qeyd olunur.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə şagird yerdəyişməsi elektron sistem (sy.edu.az) vasitəsilə aparılır.

 

 

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmə prosesində subyektiv amillərin aradan qaldırılmasına imkan verir”,- deyə idarədən qeyd olunub.