Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-15 11:21:04
Bakı Beynəlxalq Kitab Sərgisi ilə tanışlıq

Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva paytaxt məktəblilərinin də iştirak etdiyi 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə tanış olub.

 

Ümumi təhsil müəssisələrinin şagirdləri ilə birgə stendlərlə tanış olan M.Vəliyeva onlarla söhbət edib. Kitabın mənəvi-bəşəri dəyər olduğunu qeyd edən M.Vəliyeva mütaliənin üstünlüklərindən, vətənpərvərlik tərbiyəsinin aşılanmasında digər təbliğat vasitələri ilə bərabər kitabların əhəmiyyətindən, bədii əsər qəhrəmanlarının insan həyatına təsirlərindən söhbət açıb. Həmçinin cəmiyyət tərəfindən böyük marağa səbəb olan bu cür sərgilərin, kitab yarmarkalarının keçirilməsinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.

 

Qeyd edək ki, sərgidə məktəblilər Azərbaycan və dünya ədəbiyyatına dair klassik və çağdaş nümunələrlə yaxından tanış olur, maraqlı təqdimatlarla çıxış edir, Azərbaycan yazıçıları ilə görüşüb onların qələmə aldıqları kitabları müəlliflərin imzası ilə əldə edirlər.