Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 10:48:00
Rus dili müəllimləri qəhətə çəkilir... - SƏBƏBLƏR

Ölkəmizdə rus dilini bilənlərin sayı çoxluq təşkil etsədə, bu dildə pedaqoji fəaliyyətlə məşğul olanların sayı xeyli azdır.

 

Maraqlıdır, bəs rus dilini tədris edən müəllimlərin sayının azalması nədən qaynaqlanır ?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təlimçi, təhsil eksperti Elnur Hacıyev qeyd edib ki, 

Açıklama yok. 

 

 “Ötən əsrin 90-cı illərindən başlayaraq məktəblərimizdə rus dili fənninə biganəlik, fərqli baxış sərgilənməyə başladı.Təhsil ocaqlarına göndərilən tədris planında rus dili fənninə ayrılan saatlar azaldılmağa başlandı. Həmin fənni tədris edən müəllimlər yetəri qədər dərs saatı ilə təmin olunmadılar. Bu səbəbdən, onlar ixtisasdəyişmə və ixtisasartırma yolu ilə başqa ixtisaslara , başqa sahələrə istiqamətlənməyə başladı. Nəticədə bu fənni tədris edən müəllimlərin azalması yeni problemlərin yaranmasına gətirib çıxardı.

 

Ekspert vurğulayıb ki, rus dilini bilmək və bu dildə danışmaq, həmin fənni tədrisini təşkil etmək üçün yetərli əsas deyil:

 

 “Rus dili müəllimi olmaq istəyən namizəd pedaqoji, psixoloji nəzəriyyələri bilib, işində tətbiq etməyi bacarmalıdır. Həmçinin dərsdə metodiki yanaşmanı, qiymətləndirməni bilməlidir. Sadalanan meyarlar hər bir fənn müəllimindən tələb olunduğu kimi rus dili müəllimindən də tələb olunur".