Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 14:48:05
Dərsi pozan şagirdin öhdəsindən necə gələk?  - Psixoloqdan TÖVSİYƏ

Bir çox sinifdə dərsdə nadinclik edən, dərsi dinləməyən şagirdlər olur. Bu zaman onlar dərs prosesini pozmaqla yanaşı, sinif yoldaşlarına da dərsi dinləməkdə mane yaradırlar. 

 

Bəs, müəllim həmin uşaqları dərsə necə cəlb etməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ləman Mustafayeva bildirib ki,valideynlər nadinc, bir yerdə oturmaq istəməyən və ya sinifdə uşaqların diqqətini pozan övladlarını mütləq psixoloqa göstərməlidirlər:

 Açıklama yok.

“Uşağın ailədə və bağçada tərbiyəsi təhsilin ən mühüm nəticəsidir. Bu da öz növbəsində məktəbin uşağa qoyduğu tələblər sistemi ilə müəyyənləşdirilir. Bu tələbləri öyrənməyə məsuliyyətli münasibət, öz davranışına könüllü nəzarət, eyni zamanda biliklərin şüurlu mənimsənilməsini təmin edir. Həmçinin uşaqların böyükləri və həmyaşıdları ilə arasında müəyyən edilmiş münasibətləri qurmaqda da şərait yaradır”.

 

L. Mustafayeva qeyd edib ki, dərsə qulaq asmayan və ya nadinclik edən uşaqları dərsə cəlb etmək üçün müəllimlər “məktəbə hazırlıq” komponetlərini bilməlidirlər:


"“Məktəbə hazırlıq” dəstinə hansı komponentlərinə psixoloji - motivasion (şəxsi) hazırlıq - məktəbə müsbət münasibət və öyrənmək istəyi; könüllü hazırlıq - könüllü davranışın kifayət qədər yüksək səviyyədə inkişafı; intellektual (zehni və ya idrak) hazırlıq - təfəkkürün, yaddaşın və digər idrak proseslərinin kifayət qədər inkişafı, müəyyən bilik və bacarıq fondunun olması; kommunikativ hazırlıq - həmyaşıdları ilə münasibət qurmaq bacarığı, birgə fəaliyyətə hazır olmaq və bir müəllim kimi böyüklərə münasibət; fiziki hazırlıq fiziki inkişafın normasıdır; nitq hazırlığı - nitqin səs tərəfinin, lüğətin, monoloq nitqin və qrammatik düzgünlüyün formalaşması” daxildir", - deyə psixoloq fikrini yekunlaşdırıb.