Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 14:19:00
Məzunlar niyə işsizdir? – “Tələbələrin bacarıqları əmək bazarına uyğun deyil”

Hər il dövlət tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə plan yerləri çoxalır. Bununla yanaşı, Bakıda və rayonlarda yeni iş yerlərinin açılması o cümlədən - dövlət idarələri, agentliklər, təşkilat və qurumların yaradılması ilbəil artır. Bütün bunlara  baxmayaraq işsizlik problemi hələ də aktualdır.

 

 İş yerlərinin vakant vəzifələr üzrə tələblərinə baxdıqda görürük ki, əsasən xarici dil biliyi və təcrübəyə əhəmiyyət verilir.

 

Bəs görəsən tələbələr təhsil aldıqları müddətdə universitet tərəfindən iş mühiti üçün lazım olan təcrübə ilə təmin olunurlarmı?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a müsahibə verib.

 Açıklama yok.

Ekspert işsizliyin yaranmasının bir səbəbini də  universitetlərin tələbələri iş standartlarına uyğun hazırlaya bilməmələrində görür: “Azərbaycanda işsizlikdən əziyyət çəkən 3 təbəqə var. Birinci təbəqə ali təhsilli şəxslərdir. Hansı ki, diplomları olduğu halda iş tapmaqda çətinlik çəkirlər.

 

 Ali təhsil müəssisələrinin hər biri ayrı-ayrı ixtisas sahələri üzrə mütəxəssislər hazırlayırlar. Bu gün əsasən texniki, mühəndislik sahələri, həmçinin  aqronomluq və baytarlıq ixtisasları üzrə hazırlıqlar iş standartları ilə ayaqlaşa bilmir.

 

İkinci təbəqə orta ixtisas təhsilli şəxslərdir:  Ali təhsillə yanaşı, orta ixtisas təhsilini bitirən məzunların statistikasına nəzər salsaq görərik ki, onların təxminən 80%-i işsizdir. Ya fəhlə kimi çalışır, ya da öz ixtisası üzrə çalışa bilmir. Bunun başlıca səbəbi isə orta ixtisas təhsili bazasının zəif olmasıdır. Hətta subbakalavr kimi ali təhsil müəssisələrinə daxil olan tələbələrdən şikayətlərin çox olmasının əsasında onların ali təhsil müəssisələri ilə ayaqlaşa bilməmələri amili dayanır.

 

Üçüncü təbəqə isə  heç bir diplomu olmayan şəxslərdir. Onlar ancaq öz bacarıqları əsasında işləyə bilirlər”.

 

Müsahibimiz bildirib ki, hazırda Azərbaycanda ən çox tələbə qəbulu olan ixtisaslardan biri müəllimlikdir. Lakin ölkəmizdə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçə bilməyən kifayət qədər işsiz müəllimlər var.

 

Ekspert təklif edib ki, MİQ imtahanları Dövlət imtahanı kimi pedaqoji kadrların hazırlandığı təhsil müəssisələrində tətbiq olunsun. MİQ-in standartlarına uyğun imtahandan keçdikdən sonra müəllim diplomu verilsin. Məzunlar  tədris müddətində elə hazırlanmalıdır ki, universiteti bitirdikdən sonra xüsusi imtahanlara vəsait ayırıb, hazırlığa getməsinlər.

 

 “Bundan başqa Kompüter mühəndisliyi kimi bir sıra ixtisaslar var ki,  tələbələrin sahə üzrə biliyi kifayət etmədiyi üçün beynəlxalq standartlarla dərs deyən kurslara yazılırlar. Universitetlərdə dünya təcrübəsinə cavab verən kadr hazırlıqları olsa bu mövzuda tələbələr maddi-mənəvi əziyyət çəkməzlər”.

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərəmmov bildirib ki, hazırda işsizliyin səbəbi universitetlərin tədris proqramları ilə əmək bazarının bir-biri ilə uzlaşmamasıdır:

 Qoşqar Məhərrəmov: Tədris ilinə hansı formada başlanılacağı təhsil sistemində çalışanların vaksinasiyasından asılıdır

 “Əmək bazarında axtarılan səriştələr universitetlərdə tam əhatə olunmur. ADA, UNEC, Xəzər Universiteti kimi ali təhsil müəssisələri bazarla bir qədər ayaqlaşmağa çalışsalar da, digər universitetlərin tədris proqramları, dərslikləri,  müəllimləri və müasir avadanlıqları bazarın tələblərindən uzaqdır. Ona görə də məzunlarımız  iş tapmaqda çətinlik çəkirlər”.

 

Ekspert vurğulayıb ki, universitetlərlə sənaye sektorları arasında əlaqələr güclənməlidir: “Bəzi ali təhsil müəssisələri istehsalat təcrübəsini sadəcə sənəd üzərində keçirirlər. Bu sahədə ciddi monitorinqlər aparılmalıdır”.

 

“İşsizliyin aradan qaldırılması yönündə atılacaq adımlardan biri də Ali təhsil müəssisələri tərəfindən  tələbələrin yumşaq bacarıqlarını (soft skill) inkişaf etdirmək üçün müəyyən təlimlər, seminarlar, vebinarlar təşkil etməldir”.

 

Tələbələrin öhdəliklərinə nəzər salan ekspert bildirib ki, onların özləri də öyrənməyə meyilli olmalıdır:

 

“Hər şeyi universitetdən gözləmək olmaz.  Onlar öz üzərlərində işləməli, bacarıqlarını bazarın ehtiyaclarına uyğun formalaşdırmalı, universitet tələb etməsə belə müxtəlif real təcrübə proqramlarında iştirak etməlidirlər”.

 

Sifayə Abbas