Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 13:06:00
Apellyasiyaya ən çox müraciət edən ixtisas qrupları AÇIQLANIB

Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında bir çox abituriyent nəticələri ilə bağlı apellyasiyaya müraciət edirlər.

 

Maraqlıdır, bəs  hansı ixtisas qrupları Apellyasiya Komissiyasına daha çox müraciət edir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, ən çox apellyasiya müraciət humanitar fənlərdəndir:

 

 Açıklama yok.

“Hər hansı bir fənn üzrə Apellyasiya Komissiyasına müraciət sayının az və ya çox olması nisbi məsələdir. Çünki ixtisas qrupları üzrə iştirakçıların sayı fərqlidir. Aydın məsələdir ki, 4-cü qrupda imtahan iştirakçısı azdır və ona uyğun fənlər üzrə apellyasiya müraciətləri də az olur. Ancaq ümumilikdə qəbul imtahanlarında Apellaysiya Komissiyasına daha çox humanitar yönümlü, yəni III ixtisas qrupuna imtahan verənlərdən müraciətlər daxil olur. Burada abituriyentlər tapşırıqların cavabını adətən boş qoymurlar və dəqiq fənlərdən fərqli olaraq doğru və ya yanlış olmasından asılı olmayaraq cavab üçün verilən sahəni yazı ilə doldurmağa çalışırlar. Abituriyentlər bəzən belə hesab edirlər ki, çox yazmışamsa, deməli doğru yazmışam. Amma konkret şərtə və onlardan tələb olunanlara fikir vermirlər. Riyaziyyat, fizika, kimya, informatika və coğrafiya fənləri üzrə müraciətlərin sayı isə az olur. Çünki bu sualların cavablandırılmasında abituriyentlərdən daha çox dəqiqlik tələb olunur”.

 

Şöbə müdiri vurğulayıb ki, komissiyaya müraciət edən imtahan iştirakçılarının təqribən 10-15%-i imtahan nəticəsi səhifəsində öz yazdığı və orada verilən doğru cavablara (meyarlara) baxmadan apellyasiya ərizəsi yazırlar:

 

“Bu da əlbəttə doğru yanaşma deyil və iştirakçının sadəcə ərizə verim prinsipi ilə hərəkət etdiyinin göstəricisidir. Ancaq təbii ki, komissiya bütün müraciətləri araşdırır və iştirakçı haqlı olduğu təqdirdə onun xeyrinə qərar qəbul olunur, əks halda isə nəticədə heç bir dəyişiklik edilmir. Test tapşırığı formaları ilə bağlı isə daha çox yazılı cavab tələb edən tapşırıqlar üzrə müraciətlər daxil olur. Qapalı tipli tapşırıqlarda isə adətən hansısa texniki səhvə görə güzəşt edilməsi xahiş olunur”.