Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-26 13:20:00
Şura üzvündən TƏKLİF – Xarici dil fənninin saatları artırılsın !

Məlumdur ki, magistraturaya sənəd qəbulu ilə bağlı dəyişikliyə əsasən imtahan suallarına xarici dil fənni üzrə yazı bacarıqlarının yoxlanılması üçün esse tipli tapşırıq əlavə olunmuşdur.

 

 

 Ölkəmizdə ibtidai sinifdən etibarən xarici dil fənni tədris olunur. Belə olduğu halda sual ortaya çıxır. Keyfiyyət də kəmiyyət qədər yüksəkdirsə, o halda niyə esse ilə bağlı şikayətlər günü-gündən artır?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucovun sözlərinə görə təhsil müəssisələrində xarici dil fənni illərlə tədris olunmağına baxmayaraq yüksək səviyyədə, keyfiyyətli tədrisdən hələ ki, danışa bilmərik.

 

 

 

İ.Orucov təklif edib ki, tədris proqramının yenilənməsinə, həmçinin fənn saatlarının artırılmasına ehtiyac duyulur.

 

“Magistratura pilləsinə sənəd qəbulunda yazı bacarıqlarının yoxlanması üçün edilən dəyişiklik çox vacibdir. Nəzərə alsaq ki, universitetlərdə ixtisas üzrə məhz xarici dildə tədris alan tələbələr üçün problemlər olmasa da, tədris dili Azərbaycan dili olan tələbələr üçün müəyyən çətinliklər yaranır. Bu baxımdan xarici dilin keyfiyyətli tədrisinə ciddi önəm vermək lazımdır. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər, digər fənlərdən olduğu kimi, xarici dildən də repetitor yanına getməklərindən bəlli olur ki, problem hələ məktəbdən başlayır. Bu səbəbdən abituriyentlər və tələblər bu sahədə əzmli olmalı, xarici dili təkcə imtahanlardan keçmək üçün deyil, hazırkı dövrdə elmi mənbələrə, tədris materiallarına əlçatanlığı asanlaşdırmaq üçün öyrənməlidirlər. Problemlərin aradan qaldırılması yolunda çalışmadıqca bu cür şikayətlərlə qarşılaşacayıq” -  deyə o, fikirlərini yekunlaşdırıb.

 

Sifayə Abbas