Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-15 15:36:00
Ekspert proqnoz verdi - I və IV qruplar üzrə 400 bal olacaq!

Dövlət İmtahan Mərkəzi (DİM) l və lV qruplar üzrə keçirilən qəbul imtahanlarının (I cəhd) nəticələrini bu həftənin sonunadək elan edəcək.

 

Məlum olduğu kimi, ll və lll qruplar üzrə keçirilən qəbul imtahanının I cəhdində heç bir abituriyent maksimal bal toplaya bilməmişdi.

 

Bəs l və lV qruplarlə bağlı vəziyyət necə olacaq? Maksimum, yəni 400 bal gözlənilirmi?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov l və lV qruplarının nəticələrinin II və III qruplara nisbətdə daha yüksək olacağını vurğulayıb:

 kamran-esedov-izleyicini-tehqir-etdi

 

“Qeyd edim ki, 3 və 4 iyun tarixlərində keçirilmiş l və lV qrupların imtahan nəticələri ll və lll qrup üzrə keçirilən imtahanların nəticlərindən kifayət qədər fərqli olacaq. Ötən illəri müşahidə etdikdə də görürük ki, bu qruplarda yüksək bal toplayan abituriyentlər həmişə say çoxluğu təşkil edib. Həmçinin, l və lV qrup imtahanları ll və lll qruplardan sonra keçirildiyindən abituriyentlərin daha çox hazırlaşma imkanı oldu.

 

Hesab edirəm ki, l və lV ixtisas qruplarının nəticələri daha yaxşı olacaq. Və maksimum, yəni 400 balın olma ehtimalı yüksəkdir. Onu da qeyd edim ki, hər il ali məktəblərə qəbul imtahanında l qrupun nəticələri, digərlərinə nisbətən daha yaxşı olur. Düşünürəm ki, maksimum balı toplayan elə l qrup abituriyentlərinin arasından olacaq”.