Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-20 11:03:00
“Məktəb dərslikləri qəbul imtahanı ilə üst-üstə düşmür!” - TƏNQİD

Məlum olduğu kimi, əvvəlki illərlə müqayisədə yuxarı sinif dərsliklərinin strukturunda dəyişikliklər edilib. Belə ki, dərs vəsaitlərinin ixtisarlar edilərək məzmunu yığcamlaşıb.

 

Şagirdlər dərsliklərin mövzularının ali təhsil müəssisələrinə qəbul imtahanına hazırlaşmaq üçün qısa olduğunu və qəbul planını kifayət qədər əhatə etmədiyini vurğulayır.  

 

Bəs həqiqətən də yuxarı sinif dərslikləri ali məktəblərə qəbul imtahanlarının strukturu ilə ayaqlaşmır ?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib ki, ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklər təhsilə yox, repetitorluğa yönəlib: “Dərsliklərin həcmi hədsiz qısaldılıb. Onlar əsasında müasir bilik və bacarıqlara malik şəxsiyyətin yetişdirilməsi mümkün deyil”.

 kamran-esedov-izleyicini-tehqir-etdi

Dərsliklərin DİM-in qəbul planına tam uyğunlaşmadığını qeyd edən ekspert mövzuların dərk oluna bilməsi üçün mütləq şəkildə abituriyentin repetitor yanına getməli olduğunu vurğulayıb: “İstifadə olunan dərsliklər repetitor köməyi olmadan  evdə valideyn tərəfindən öyrədilə bilmir. Dərsliklərin qəliz strukturda şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmaması onları repetitor yanına yönləndirən səbəblərdən biridir. Bu isə yaxşı hal deyil. Bu gün dərsliklər ancaq test hazırlayan vəsaitə çevirilib. Test topluları, dərs vəsaitləri həmin məktəb dərslikləri əsasında hazırlanıb”.

 

Hazırkı dərsliklərin vəziyyətini əvvəlki illərlə müqayisə edən  K.Əsədov bildirib ki, əvvəllər dərsliklərdə kifayət qədər tərbiyəvi mövzular yer alırdı. İndi isə fakt və terminlərlə doludur.

 

Ekspert təklif edib ki, dərsliklər sadələşməlidir: “Bu gün abituriyentlərin repetitor yanına getməsinin əsas səbəbi dərsliklərin çətin olmasından qaynaqlanır. Həmçinin, ali məktəb və kolleclərə qəbul imtahanı planlarında sadəcə 10-11 sinif mövzularının salınması repetitor fəaliyyətinin qarşını ala bilər".

 

Sifayə Abbas