Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 13:06:00
Buraxılış imtahanları: Şagirdlərin çoxu riyaziyyatdan “0” bal toplayır

Dövlət İmtahan Mərzkənin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlaması zamanı bildirdi ki, statistik nəticələrə əsasən Azərbaycanda abituriyentlərin riyazi bilikləri ürəkaçan səviyyədə deyil. 

 

İbtidai sinifdən tədris olunan riyaziyyatın zəif qavranılmasının səbəbi nədir?

 

Səbəblər barədə elm və təhsil eksperti Rizvan Fikrətoğlu AzEdu.az-a danışıb.

 

Ekspet bildirdi ki, riyaziyyat fənnini qavramaqda yaranan çətinlik təlim prosesi ilə əlaqədardır:

 

“Elmlərin açarı adlandırılan riyaziyyat fənnini qavramağda çətinliyimiz var. 9 və ya 11 il ərzində şagirdə elementar riyazi təfəkkür verilmirsə, bu, acınacaqlıdır. Bunu buraxılış imtahanlarında qeydə alınan nəticələr əsasında daha aydın görə bilirik. Hər il buraxılış imtahanında iştirak edən şagirdlərin, demək olar ki, yarısı riyaziyyat fənnindən “0” qiymət alır. Bu, bir qədər kurikulumun tətbiqinin zəif olması, orta məktəblərdə çalışan riyaziyyat müəllimlərinin yüksək nəticə ilə qəbul edilməməsi, dərsliklərdəki problemlər və digər amillərlə bağlıdır. 

Bu “bir qədərlər” toplanılaraq aşağı nəticələrə yol açır. Nəzərə alsaq ki, imtahanlarda qənaətbəxş nəticə göstərən şagirdlər repetitorların məhsuludur. Müəllimlərin işə qəbulu zamanı riyaziyyat müəllimlərinin, eləcə də ibtidai sinif müəllimlərinin riyaziyyat fənnindən nəticələrinin aşağı olduğunu görürük. 

 

Mənzərə belədir: şagird müəlliminə oxşayıb. Başqa cür də mümkün deyil. Eyni halı sertifikasiyada da görürük”. 

 

“Təhsildə kişi müəllimlərinin azalması da bu amili qüvvətləndirir”, -deyə R.Fikrətoğlu vurğulayıb:

 

“Düşünürəm ki, riyaziyyat fənninin tədrisinin öhdəsindən kişi müəllimlər daha yaxşı gələ bilir. Qidalarda da problemlər var. Tibb də bunu təsdiqləyir. Əksər qidalar yaddaş möhkəmliliyinə yol açmır. Nəzərə alsaq ki, müharibələrin əsasını riyazi biliklər, dəqiq hesablamalar təşkil edir. Bu baxımdan riyaziyyatın önəmini daha aydın görə bilərik. Müasir İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) özəyini də riyazi təfəkkür təşkil edir. Yerli olimpiadalarda və beynəlxalq qiymətləndirmələrdə də Azərbaycan şagirdləri riyaziyyat fənnindən ürəkaçan nəticələr toplaya bilmirlər. Ən son PISA qiymətləndirmədə iştirak edən Azərbaycan şagirdləri 81 ölkədən 56-sından geri nəticə göstərib. 

 

Riyaziyyatda təfəkkür, əqli, məntiqi araşdırma tələb edən fəndir. Uşaqların çoxuna azyaşlı dönəmlərində intellektual oyunlar alınmır, şahmat kimi təfəkkür tələb edən idman növünə aparılmır. Deməli, ailədən də asılı olan çox amillər var. Valideynlər anlamalıdırlar ki, heç bir məktəb, müəllim üçün şagirdin gələcəyi valideyni düşündürdüyü qədər düşündürə bilməz”.