Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-19 17:46:00
“Bəzi ixtisaslara qəbul üçün universitetlərə sərbəstlik verilməlidir” - EKSPERT

“Hesab edirəm müxtəlif ixtisaslar üzrə 2024-2025 tədris ilində tələbə qəbulunda universitetlərə sərbəstlik verilməlidir”.

 

Bu sözləri ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli universitetlərin öz qəbul şərtlərinin olması ilə bağlı təklifini irəli sürərkən söyləyib.

  

Mövzuyla bağlı AzEdu.az-a açıqlamasında ekspert bildirib ki, son zamanlar ali təhsil sahəsində aparılan islahatların qəbul qaydaları və təhsilin müxtəlif formalarında tətbiq olunması günün vacib şərtlərindəndir.

 

“Bu, 24 iyul 2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturu"na edilən dəyişiklikdə əksini tapıb. Burada Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılmasını qeyd etmək yerinə düşər".

 

V.Kərimovun fikrincə, ali təhsildə islahatları çox zəif gedir:

 

“Hesab edirəm ki, 2024-2025 tədris ilindən başlayaraq bəzi ixtisaslara qəbul prosesində universitetlərə sərbəstlik verilməlidir. Nəzərə alasaq ki, bəzi universitetlərdə keçid balı 150-200 baldır, o zaman tələbələri bu ixtisaslara DİM imtahanında iştrak etmədən, daxili imtahan vasitəsi ilə cəlb etmək olar. Qeyd etmək yerinə düşərdi ki, şagirdlər orta məktəbi bitirdikdən sonra onsuz da DİM-in buraxılış imtahanında iştrak edir və bal toplayırlar. O zaman onların yenidən, 2-ci dəfə DİM imtahınının nəticəsi ilə qəbulu məqsədəuyğun deyil. Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında 2026-cı ilə qədər tələbə sayının 75.000 nəfərə çatırılması nəzərdə tutulub. Tələbə sayının keçən il 48.000 ətrafında olduğunu nəzərə alaraq hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu işi başlatmalı, mexanizmilər hazırlanmalıdır”.