Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-28 14:08:00
Universitetlərin saytlarında vəziyyət necədir?-“Bəzilərinin informasiya təhlükəsizliyi belə yoxdur”

 

“Azərbaycan universitetlərində saytların vəziyyəti çox pis olmasa da, orta səviyyədən bir qədər aşağıdır”

 

Web səhifələr son illərdə istənilən iş sahəsinin rəqəmsal dünyada aktual olmasında vacib amildir. Azərbaycan universitetlərinin demək olar ki, hər birinin özünəməxsus saytları fəaliyyət göstərir. Abituriyent və tələbələr universitet haqqında məlumat əldə etmək üçün bu saytlara müraciət edirlər.

 

Bəs yerli universitetlərinin web səhifələri nə vəziyyətdədir? Nə kimi çatışmazlıqlar mövcuddur, hansı yeniliklər edilməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışanAzərbaycan Universitetləri” platformasının rəhbəri Zöhrab Süleymanov universitetlərin web səhifələrinin indiki vəziyyətindən danışıb:

 

“Təxminən altı il bundan əvvələ nəzər salsaq, universitet saytlarının çox bərbad vəziyyətdə olduğunu görərdik. Səhifəyə göz gəzdirənlər universitetlərlə bağlı məlumat əldə edə bilmirdi. Amma sonra şikəyyətləri nəzərə alan universitetlər öz saytlarını  təkminləşdirməyə başladılar”.

 

Z.Süleymanov saytların çatışmayan cəhətlərinə diqqət çəkib:

 

“Universitetlərin saytlarında çatışmayan cəhətlərdən biri müəllim kontingenti, onların hansısa elmi tədqiqatı, məqalələri və.s haqqında heç bir məlumatın olmamasıdır. Bəzi universitetlərin informasiya təhlükəsizliyi belə təmin olunmayıb və adi şablon sayt üzərindən universitetlər üçün rəsmi saytı düzəldilib. Bəzi universitetlərin saytında 3D formasında universiteti virtual səyahət etmək olur. Xaricdə yaşayan abituriyent universitet haqqında məlumat əldə etmək üçün sayta daxil olur və istədikləri informasiyanı əldə edir, hətta özünü həmin universitetin tələbəsi kimi hiss edir. Saytların vəziyyətini yaxşılaşdırmaq üçün bu üsullardan istifadə etmək lazımdır”.