Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-06 09:48:00
"Ölkəmizdə ali təhsilin keyfiyyətilə təhsil haqları üst-üstə düşmür”-MÜTƏXƏSSİS

 

Ali təhsil müəssisələrinə qəbul prosesində ixtisas qrupları üzrə II cəhd imtahanlarının keçirilməsinə başlanılır.

 

Qəbul imtahanları və təhsil keyfiyyəti kimi məsələlərlə yanaşı, təhsil haqlarının miqdarı da narazılıqlara səbəb olur. Əksəriyyət, universitetlərdə tədrisin keyfiyyətinin aşağı olduğunu və məbləğin buna dəymədiyini qeyd edərək, öz etirazını bildirir.

 

Bəs bu nə dərəcədə doğrudur? Təhsil haqqları hansı meyarlar əsas götürülərək nəzərə alınmalıdır?

 

Mövzu ilə bağlı qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bir neçə universitet istisna olmaqla qalanlarında keyfiyyətin elə də yüksək olmadığını bildirib:

 

"Tələbələrə yüksək təhsil verildiyi zaman, təhsil haqqı məbləğinin yüksək olmasından söhbət gedə bilər. Əks halda verilən təhsillə universitet tərəfindan alınan ödəniş üst-üstə düşmür. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi, ADA, Xəzər Universiteti kimi universitetlər istisna olmaqla, digər ali təhsil müəssisələrində tədrisin keyfiyyəti elədə yüksək deyil. Bu səbəblə də təhsil haqqının yüksək  olmasını doğru hesab etmirəm. Bildiyimiz kimi hazırda ölkəmizdə 146 min ödənişli əsaslarla təhsil alan tələbə var. Onların 98 430 bakalavr, 12 050 magistratura, 35 892 nəfər isə subbakalavr pilləsi üzrə təhsil alır. Bu tələbərin böyük əksəriyyəti təhsil haqqını ödəməkdə çətinlik çəkir. Bu zaman təbii ki, tələbələr təhsil kredit fonduna müraciət edirlər. Amma bəzən elə hallar da olur ki, tələbələr təhsil haqqını ödəyə bilməyib universiteti yarımçıq saxlayırlar”.

 

Şəkilin açıqlaması yoxdur.

 

Ekspert təhsil haqqının hansı meyarları nəzərə alaraq formalaşacağı barədə fikirlərini bizimlə bölüşüb:

 

“Təhsil haqqı, universitetin yataqxanası, laboratoriyası, kitabxanası və verdiyi təhsil keyfiyəti diqqətə alınaraq formalaşmalıdır. Sözügedən amillərin istənilən səviyyədə olmadığı halda, təhsil haqqlarının ildən-ilə artması düzgün yanaşma deyil. Kifayət qədər nüfuzlu universitetlər var ki, onların təhsil haqları bizim ölkəmizdəki bəzi ali təhsil müəssisələrinin təhsil haqları ilə bərabərdir. Halbuki, təhsil səviyyəsinə görə onları müqayisə etmək belə düzgün deyil. Biz xarici təcrübəyə baxsaq, Avropada olan universitetlərin təhsil haqlarının bizim bəzi universitetlərimizdən dəfələrlə aşağı olduğunu müşahidə edərik. Hollanda, Belçika, Fransa, İtalya kimi ölkələrdə təhsil haqqı vətəndaşların sosial vəziyyətinə uyğun müəyyənləşdirilir. Həmin universitetlər dünya sıralamasında ilk əllilikdə yerləşir.  Bu da öz növbəsində təhsilin keyfiyətinin yüksək olmasının göstəricisidir".

 

Mütəxəssis xarici ali təhsil müssisələrində mövcud tədrisin keyfiyyəti və təhsil haqlarını nümunə gətirib:

 

“Bildiyiniz kimi dövlət büdcəsindən yalnız ödənişsiz təhsil alan tələbələr üçün belə nə qədər vəsait ayrılır. Bəzən təhsil haqlarına nəzər saldığımız zaman dəhşətli rəqəmlərlə qarşılaşırıq. Elə ixtisaslar varki, dövlət büdcəsindən ora 8-9 min manat vəsait ayrılır. Bütün bunlar bəzən həmin universitetin verdiyi təhsillə üst-üstə düşmür. Xüsusi ilə publik hüquqi şəxs statusu alan ali təhsil müəssisələri yaxşı olar ki, alternativ gəlir mənbəyi əldə etsinlər. Avropa, Amerika həmçinin qardaş ölkə Türkiyədə elə universitetlər var ki, onlar ayrıca istehsalatla məşğul olurlar, bir çox universitetlər dünya bazarına məhsul çıxarır. Bizim universitetlərimizdə bu fəaliyyətlə məşğul olmalıdır”

 

“ABŞ Massaçusets Texnologiya İnstitutunun tələbələri hər hansısa yeni bir layihə həyata keçirdikləri zaman həmin işi müəyyən məbləğdə satışa çıxarırlar Məsələn, ölkəmizdəki Azərbaycan Dövlət Aqrar Universiteti ixtisaslaşmış universitet olduğu üçün müəyyən kənd təsərüfatı məhsullarının istehsalatı ilə bağlı işlər görə bilər. Nəticədə universitet büdcəsində müəyyən artım olur. Bizim universitetlər bu istiqamətdə inkişaf etməlidir”-deyə, o qeyd edib.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları