Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 12:02:30
DİQ-də boşluqlar: “Layiqli kadrlar kənarda qalırlar”  

Xəbər veridiyimiz kimi, iyulun 6-da 8 şəhər və rayon üzrə 9 imtahan mərkəzində şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə Direktorların İşə Qəbulu (DİQ) müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

DİQ-in test imtahan mərhələsindən keçən namizədlər müsahibəyə çağrılacaqlar.

 

Bəs növbəti – müsahibə mərhələsində namizədləri nə gözləyir?

 

Açıklama yok.

 Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov direktorların işə qəbulunun müsahibə mərhələsinin heç də asan olmadığını və bu yöndə müəyyən boşluqlar mövcudluğunu vurğulayıb:

 

“DİQ müsabiqəsinin ən çətin və problemli mərhələsi müsahibədir. Bunun səbəbi isə direktor olmaq istəyən namizədlərdən müsahibəni alan şəxlərin təhsillə bağlılığı olmamasıdır. Onlar Elm və Təhsil Nazirliyində idarəetmə funksiyasını icra etsələr də, həmin şəxslər ümumtəhsil müəssisələrində bir gün də olsun müəllim işləməyiblər. Məktəblərin idarə olunma sistemini bilmirlər. Və məlumatlı olmadıqları sahə üzrə müəllimlərə müsahibə keçirlər. Nəticə etibari ilə də kobud səhvlər buraxılır. Bu isə direktor kimi fəaliyyət göstərməyə layiq olanların kənarda qalmasına, layiq olmayan şəxslərin isə keçə bilməsinə şərait yaradır”.

 

Ekspert bu xoşagəlməz halların baş verməməsi üçün təklif irəli sürüb:

 

“Düşünürəm ki,  DİQ  imtahanının müsahibə mərhələsi iki pilləli olmalıdır. Təhsil mütəxəssislərindən formalaşdırılmış, uzun illər məktəb direktoru, təhsildə sektoru müdiri kimi işləmiş ümumiyyətlə, ümumtəhsil məktəblərinin idarə olunması ilə bağlı kifayət qədər təcrübəsi olan şəxslərdən ibarət bir komissiya yaradılmalıdır. Onlar müsabiqədə iştirak edən şəxslərin doğrudan da pedaqoji cəhətdən nə dərəcədə bacarıqlı olub-olmamasını yoxlamalıdır. Elm və Təhsil Nazirliyinin yaratdığı “Əsas komissiya” ikinci mərhələni aparsın. Birinci mərhələni isə “təcrübəli komissiya” həyata keçirsin. Çünki müsahibə komissiyasını aldada bilən şəxslər mövcuddur. Əgər “Əsas və təcrübəli komissiya” yaradılsa, bu kimi hallar baş tutmayacaq”.