Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-13 14:34:00
İLK DƏRS : kimi ağlayacaq, kimi güləcək...Psixoloqdan vacib tövsiyə  

 

 Yeni dərs ilinin başlamasına saatlar qalıb. Sinif otağına ilk addımlarını atan birincilərimiz üçün məktəb yeni bir mühitdir və adaptasiya tələb edir. Bəs valideynindən ayrılmaq istəməyən, dayanmadan ağlayan, yerində oturmaq bilməyən, müəllimlə yeni tanışan olan bu balacalarımızla necə davranmalı?

 

Uşaqların adaptasiya dönəmini daha yaxşı başa vura bilməsi üçün Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin valideyn və müəllimlərə bəzi vacib tövsiyələr verib. Onun sözlərinə görə, psixoloqların ən öncəlikli tövsiyəsi uşaqların məktəbə yerləşdirilməsindən əvvəl bağçaya getməsidir:

 No description available.

“Ailəyə bağlı olan və ya ümumilikdə bağlılıq problemi olan uşaqlar onsuz da məktəbin ilk həftəsini ağlayaraq, keçirirlər. İndiyə kimi valideynindən ayrı qalmamış uşaqlar bu dönəmə travma kimi reaksiya verirlər. Belə uşaqlar uzun müddət məktəbdə adaptasiya problemi yaşayırlar. Bağlılıq problemi olan uşaqlar sinfə ilk gəlişlərində ağlayan zaman digər şagirdlərə də istər-istəməz mənfi təsir göstərir”.

 

Psixoloq valideynlərə tövsiyə edir ki, məktəbə getməzdən bir müddət əvvəl övladlarından ayrı vaxt keçirsinlər:

 

“Bundan başqa bağça, ya da hansısa kursa getməsi də arzuolunandır. Uşaq valideynindən ayrı vaxt keçirdikdə onun üçün məktəbə adaptasiya olmaq daha asan olar”.

 

Müəllimlərə isə ilk dərs günü çox problem yaşayan uşağın valideyni ilə birgə  dərsdə oturmasına icazə verməsi tövsiyə olunur:

 

“Müəllimlərə isə tövsiyə olunur ki, hansısa uşaq çox ağlayarsa və ya oturmaqda problem yaşayarsa, ilk gün valideynin də dərsdə iştirakına icazə versin. Uşaqdakı mövcud bağlılıq problemi həll olunana kimi onlar üçün bəzi istisnalar oluna bilər. İlk dərs valideyn onunla oturarsa, uşaq başa düşər ki, burada zərər verəcək heç bir şey yoxdur. Məhz ilk dərsdən müəllimə güvən yaranmasına kömək etməlidir”.

 

Psixoloqun tövsiyə etdiyi digər bir vacib məqam da uşaqları dərsə həvəsləndirmək, motivasiya etməkdir:

 

“Məktəbə getmək üçün uşaqlara biraz da motivasiya vermək lazımdır. Onları dərsə həvəsləndirmək adaptasiya müddətini asanlaşdırar. Məktəbə nə üçün getməlidir, əgər tapşırıqları yaxşı edib yaxşı qiymətlər alarsa, onları evdə nə gözləyir və s. kimi danışıqlarla onlar ilk dəfə üçün motivasiya etmək olar”.