Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 08:30:00
Sertifikasiya: testdən keçib, müsahibədən kəsilənlər necə olacaq? - Rəsmi  

Xəbər verdiyimiz kimi, 20-24 iyun tarixlərində Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri üçün sertifikasiya imtahanının test mərhələsi keçirilib.

 

Hazırda test imtahanından  keçən təhsilverənlər müsahibə mərhələsinə hazırlaşırlar. Sertifikatlaşdırmanın ikinci – müsahibə mərhələsi isə avqustun axırı - sentyabrın əvvəlini əhatə edəcək. Proses onlayn qaydada – kompüterlə aparılacaq.

 

Məlum olduğu kimi, müsahibə mərhələsindən qeyri-məqbul bal toplayan müəllimlər sertifikasiya imtahanından keçməmiş hesab olunur. Və onların 1 il sonra yenidən müsabiqədə iştirak etmə hüquqları var.

 

Bəs test imtahanından keçib, müsahibədə qeyri-məqbul nəticə göstərən müllimlər yenidən sertifikasiya imtahanında iştirak etdiklərində test imtahanında topladıqları bal qüvvədə qalacaq?

 

AzEdu.az sözügedən mövzunu aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində olan İnsan Resursları Mərkəzinə müraciət edib.

 

Mərkəzdən bildirilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhəsində uğur qazanmayan təhsilverənlər qanunvericiliyin tələblərinə müvafiq olaraq 1 il sonra yenidən müsahibə mərhələsində iştirak edəcək.

 

Xatırladaq ki, müsahibə mərhələsindən keçmək üçün minimum 20 bal toplamaq lazımdır. Maksimum nəticə isə 40 balla qiymətləndirilir.