Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 09:48:16
“Brend tələbə”: “İxtisaslarını sevənlər uğur qazanırlar”  

“Abituriyentlər bilik və bacarıqlarını, gələcək karyeralarını düşünüb ixtisas seçimi etməlidirlər”.

 

 

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək götəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini abituriyentlərlə bölüşməsidir.

 

 

Saytımızın büdəfəki müsahibi Azərbaycan Dillər Universitetinin  (ADU) tələbəsi Məmməd Əhmədlidir.

 

O qeyd edib:

 

“Abituriyentlərə məsləhətim budur ki, imtahana yaxşı hazırlaşmaq üçün ilk növbədə həvəsli olsunlar. Özlərinə inanıb, çox çalışmalıdırlar. Yaxşı nəticə əldə etmək üçün imtahan vaxtı stressə düşməmək əsas məqamlardan biridir. Çünki bu mərhələ sizin gələcək həyatınızda müsbətə doğru çox dəyişiliklər edəcək. İmtahana əzmlə hazırlaşan hər bir abituriyentin qəbul olacağına inanıram və onlara uğurlar arzu edirəm. Sonrakı mərhələ ixtisas seçimidir ki, düzgün qərar verilməlidir. Onlar ilk növbədə seçim edəcəkləri ixtisas haqqında ətraflı məlumat əldə etməlidirlər. İxtisaslarını sevməlidirlər o zaman onlar bu yolda bir çox uğur əldə edəcəklər.

 

 

 Əhmədli onu da diqqətə çatdırıb ki, öz ixtisasını sevərək, oxuyanlar üçün uğur qazanmaq çox asan olur:

 

 

“Mənim ixtisasım Beynəlxalq Münasibətlərdir və sırf diplomatiya ilə bağlıdır. İxtisasımı sevmişəm və hər zaman inanmışam ki, bu yolda uğur əldə edəcəm. Buna da nail olmuşam. Gələcəkdə ölkəmizi beynəlxalq müstəvidə təmsil etmək mənim üçün böyük şərəfdir. Dövlətimizdə təhsil məsələsində hər zaman tələbələrin yanındadır və onlara dəstəkdir. Bu yolda hər kəsə uğurlar arzu edirəm və əziyyət çəkən, dərslərində yaxşı çalışan, hər kəsin tələbə adı qazanacağına əminəm. Siz bacaracaqsız, çalışın və özünüzə inanın!”.