Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-28 10:22:00
“Humanitar elmlər aktuallığını itirir”Süni intellektin “ayaq səsləri”...  

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə imtahansız qəbul olanların statistikasını açıqlayıb. Məlumata görə, sözügedən abituriyentlərin seçdiyi ixtisaslara, Kompüter elmləri, İnformasiya texnologiyaları, Biznesin idarə edilməsi, Beynəlxalq münasibətlər daxildir.

 

Qeyd edək ki, bu ixtisaslar istər Azərbaycanda, istərsə də Avropada inkişaf etməkdə olan sahələrdir. Çünki dünya əmək bazarında bu sahələr daha çox ehtiyac duyulur.

 

Bu ixtisasların perspektivdən danışan təhsil eksperti Qoşqar Məhərrəmov AzEdu.az-a bildirib ki, əslində bu ixtisaslardan ilk ikisi dünyada aktualdır:

 

“Çünki humanitar elmlər yavaş-yavaş öz aktuallığını itirir. Həmin elmlərdə əldə olunan məlumatları süni intellekt çox rahatlıqla tapır. Ona görə də kompüter elmləri və informasiya texnologiyaları ixtisasları vacibliyini daha çox qoruyur. Çünki artıq kompüterin müdaxilə etmədiyi hər hansı bir sənaye, xidmət sahəsi, hər hansı bir məhsul ortaya qoyan sektor qalmayıb. Bu baxımdan tələbələrin bazarı “oxuya bilməsi” olduqca yaxşı bir haldır.

 

Sektorların, əmək bazarının nəyə ehtiyacı olduğunu analiz edib, buna uyğun ixtisas seçimi etmələrinin düşünülmüş, uğurlu seçimlər olduğunu hesab edirəm".