Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 17:35:58
Peşə təhsili müəssisələrinə qəbul: 2 ilə 10 min artım var

 

 

 “Peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı 2020-2021-ci illərdə 15 min idisə, 2023-2024 tədris ilində bu rəqəm 25 minə çatıb”.

 

AzEdu.az məlumat verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib.

 

Nazir vurğulayıb ki, 2026-2027-ci illərdə isə bu rəqəmin 27 min olacağı gözlənilir:

 

“Artıq ali təhsilə keçid imkanı verəcək (subbakalavr) yüksək texniki peşə təhsili üzrə 1460 nəfər təhsil alır. 2026-cı ildə bu rəqəmin 9 mindən çox olması planlaşdırılır.

 

Dövlət sifarişli yerlərin sayı son 3 ildə 30 faiz artaraq 2023-2024-cü tədris ilində 18 mindən çox olacaq.

 

Əlavə olaraq bunu da qeyd edək ki, 2023- cü ildə 8 yerli yarış keçiriləcək:

 

“Aşpazlıq, veb-texnologiyalar, kibertəhlükəsizlik, zərgərlik, qaynaqçı, 3D oyun sənəti, hotel inzibatçısı ve bərbərlik sahələri üzrə yarışacaqlar. Qaliblər 2024- cü ildə Lyonda keçiriləcək “WorldSkills” 2024 beynəlxalq yarışlarında Azərbaycanı təmsil edəcəklər.