Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-13 15:33:00
Rus bölməsini seçən abituriyentlər xeyli azalıb – SƏBƏB?

 Ali təhsil müəssislərinə ixtisas seçimi zamanı müşahidə olunan nüanslardan biri rus bölməsini seçən abituriyentlərin xeyli azalmasıdır. Bununla yanaşı hər il rus bölməsi üzrə plan yerlərinin azaldığını görürük.

 

 

Bəs bunun əsas səbəbləri nələrdir?

 

 

Sualımızı cavablandıran təhsil eksperti Əmrah Həsənli AzEdu.az-a söyləyib ki, rus bölməsini seçən abituriyentlərin sayının azalmasının səbəbini bir çox məsələ ilə izah etmək olar:

 Açıklama yok.

“Son illər bütün ailələrdə yaranmış Azərbaycançılıq ideyası və Azərbaycan dilçiliyi daha qabarıq şəkildə özünü büruzə verir. Artıq valideynlər övladlarının digər beynəlxalq dillərdə deyil, xarici ölkə nümayəndələri ilə öz ana dilimizdə ünsiyyət qurmağının tərəfdarıdır.

 

Bəli, ölkə olaraq multikultural dövlətik. Və ölkəmizdə dinindən, irqindən, cinsindən asılı olmayaraq hər kəs bərabərhüquqludur. Millət olaraq digər din, irq, cins nümayəndələrinə necə hörmətlə yanaşırıqsa, bu gün də həmin qruplardan öz dilimizə hörmətlə yanaşmalarını gözləyirik. Artıq bu gözləntilər nəinki arzularımızda qaldı, hətta dövlət siyasətinin əsas prioritet məsələsinə çevrildi”.

 

 

Ekspertin sözlərinə görə rus bölməsində təhsil alan tələbələrə Azərbaycan dilində dərslər tədris olunmalıdır:

 

 

 “İkinci Qarabağ savaşında sonra dünya ölkələrinin Azərbaycanın siyasi və hərbi gücünü görməsindən, həmçinin ölkə başçısının zəfər təbriklərində Azərbaycan xalqına müraciətindən sonra dünya ölkələrinin ana dilimizə marağı daha da artdı. Bu yaxınlarda Elm və Təhsil naziri Emin Əmrullayevin mətbuat konfransında bildirdiyi kimi rus bölmələrində Azərbaycan dili saatlarının artırılması və Azərbaycan dili, tarixi və musiqisinin rus bölmələrində öz ana dilimizdə tədris olunması məqsədəuyğundur. Digər səbəb isə rus sektorunda ali təhsil müəssisələrini bitirən məzunlarımızın istər dövlət orqanlarında, istərsə də özəl sektorlarda fəaliyyəti zamanı Azərbaycan dilində ünsiyyət yaratmalarının çətinliyinə gətirib çıxarır. Amma onu da qeyd edim ki, Azərbaycan ali və orta məktəblərində rus dili bölmələrinin tamamilə bağlanması real görünmür”