Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 12:17:31
“Nazirlik təhsil mediası ilə bağlı təşəbbüs irəli sürməlidir” - Dəstək...

 

 

Məzahir Məmmədli: “Həm də onları nəzarətdə saxlamalıdır ki, maliyyə asılılıqları yaranmasın”

 

“Azərbaycanda ixtisaslaşmış media yoxdur”

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli Azərbaycanda təhsil mediasının durumundan danışarkən danışarkən deyib. O təəssüflə qeyd edib ki, idman, təhsil və iqtisadiyyat sahəsindən ayrılıqda yazan xüsusi ixtisaslamış jurnalistika olmadığı üçün bu sahədə ancaq həvəskarlar mövcuddur:

 

 “Bu gün Azərbaycanda təhsil jurnalistləri də terminləri öyrənir, müəyyən istiqamət üzrə işini qurur və tam formalaşan vaxtında müəyyən maliyyə asılılığına görə başqa yerdən yüksək maaşlı dəvət gələn kimi hamısı gedir. Təhsillə bağlı olan media qurumlarında iş tələbələr və yeni məzunlarla qurulur, onlar formalaşandan sonra digər böyük media qurumları onları aparırlar. Daha sonra onları fərqli sahələrə yönləndirirlər, bütün konfranslara göndərirlər, iqtisadiyyatdan da, mədəniyyətdən də yazdırırlar və təhsil yenə də kölgədə qalır.

 

Məncə, Elm və Təhsil Nazirliyi təhsil mediasının inkişafı ilə bağlı mütləq bir təşəbbüs irəli sürməlidir, həm də nəzarətdə saxlamalıdır ki, onların maliyyə asılılığı yaranmasın”.