Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 10:33:00
Ekspert: “Şagirdlərin yay düşərgəsi sistemi dağılıb”  

Şagirdlər üçün yay düşərgələrinin təşkil olunması valideynləri ən çox maraqlandıran mövzulardan biridir. Məktəblilər yay düşərgələrində həm istirahət edə, həm də səmərəli vaxt keçirə bilərlər. Lakin hazırda bu anlayış demək olar ki, çox məktəbimizdə yoxdur.

 

Bəs  yay düşərgələrinin təşkili nə dərəcədə vacibdir? Bunun şagirdlər üçün hansı üstün cəhətləri var?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov yay düşərgələrinin məktəblilər üçün çox faydalı olduğunu söyləyib:

 Elşən Qafarov: “Xarici dil müəllimlərinin çoxu tədris etdiyi dildə danışa  bilmir”

 “Ölkəmizdə şagirdlərin yay düşərgəsi sistemi demək olar ki, dağılıb. Amma bunun bərpa olunması çox mühüm amillərdən biridir. İlk növbədə bizim dəniz kənarında və istirahət zonalarında o cümlədən, dağlıq və dağətəyi ərazilərdə yeni tikilmiş məktəblərin bazasında yay düşərgələrinin təşkil olunması müsbət effekt verərdi. Eyni zamanda, sözügedən düşərgələrin dövlət hesabına aparılması və valideynlərdən bunun üçün ödənişin alınmaması daha effektiv nəticə göstərərdi. Belə halda yay düşərgələrində daha çox şagird iştirak edə bilər”.

 

Ekspert sözügedən düşərgələrin müsbət təsirlərindən söz açıb:

 

“Burada şagirdlərin daha çox sosiallaşması, o cümlədən onlar arasında ünsiyyət və tətil dövrünü daha səmərəli keçirmə imkanı əldə edəcəklər. Həmçinin, yay düşərgələrində xarici dillər üzrə müəyyən kursların təşkil olunması və s. ümumilikdə şagirdin sosial inkişafı üçün əvəzolunmaz bir vasitədir”.