Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 09:17:06
Plagiat baş alıb gedir! “Fundamental elmi işlər azdır”  

 

“Təəssüf ki, Azərbaycanda alim olmağın tək yolu dissertasiya yazmaqdan keçir”.

 

AzEdu.az xəbər verir ki, bu barədə tanınmış həkim-nevroloq  Qalib Əsədov bildirib. O qeyd edib ki, hazırda dissertasiya nə olduğunu bilməyəm “alimlər” kütləsi formalaşıb:

 

“Əslində o adamları qınamıram, çünki alternativi yoxdur. Adam müəyyən sahədə yaxşı mütəxəssis olsa da, elmi dərəcəsi olmadığı üçün karyera qura bilmir. Bir yolu qalır ki, dissertasiya sifariş edib bu bataqlığa girsin. Ümid edirdim ki, Türkiyədə uzmanlıq diplomunu alan dostlarımız bu sistemi rədd edəcək və yeni nəsə gətirəcəklər. Amma təəssüf ki, tam əksi oldu.

 

Plagiat baş alıb gedir və heç bir fundamental elmi işlərdən söhbət gedə bilməz. Akademik aktivlik yalnız dissertasiya yazmaq demək deyil. Bu fasiləsiz və daim yeni trendlərə rəvac verən bir sistem olmalıdır.

Elmi adların verilməsi universitetlərin Elmi Şuralarına həvalə olunmalı və xaricdə nüfuzlu jurnallarda çap olunmuş elmi məqalələrin sayına və impakt dəyərinə əsasən müəyyən edilməlidir.

İnanıram ki, yaxın illərdə sovetdən miras qalma Ali Attestasiya Komissiyası müasir tələblərə cavab verən şəffaf strukturla əvəz olunacaq”.