Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-30 02:13:03
Halı pisləşən müəllimdən polislərə: “Çox qürurlanıram”

Koroğlu metrostansiyası tərəfdə halı pisləşən müəllimə Azərbaycan polisi kömək edib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycancan dili və ədəbiyyat müəllimi Gülnarə Həsənova baş verən hadisəni Publika.az-a danışıb.

 

O bildirib ki, ötən gün Koroğlu metrostansiyası tərəfdə avtobusda halı pisləşib:

 

“Birdən özümü çox narahat hiss etdim. Tez avtobusdan düşüb, yerdə oturdum. Bir neçə vətəndaş və polis əməkdaşları mənə yaxınlaşdı. Nizami Rayon Polis idarəsinin əməkdaşları, manqa komandiri Həsənov Rüstəm və Səfərov Muxtar mənə çox kömək etdilər. Polis əməkdaşları ilk tibbi yardım göstərdilər. Təcili tibbi yardım çağıdılar. İynə vurulduqdan sonra düzəldim. Polislər məni evimə taksi ilə yola saldılar. Belə polislərimizi görəndə bir müəllim, bir vətəndaş kimi çox qürurlanıram. Allah hər birinin köməyi olsun”.