Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-17 17:40:00
Kitablar elektronlaşır: çantasız tələbə, kitabsız təhsil – Dijital bəla…?

 Hazırki dövrdə rəqəmsallaşma bir çox sahədə olduğu kimi, təhsil sektorunda da özünü göstərir. Dərsliklər və kitablar dijitallaşır. Xüsusilə tələbələrin əksər hissəsi kitablardan deyil, elektron variantlardan istifadə edir. Artıq bəzi universitetlər kitabxanaların elektronlaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Bu dəyişikliyin müsbət və mənfi tərəfləri nələrdir? Kitabların rəqəmsallaşması keyfiyyətə təsir göstərə bilərmi?

 

Fazil Mustafa jurnalistlə mübahisə etdi - “Speys”ə görə | KONKRET

 

Mövzu ilə bağlı deputat Fazil Mustafa fikirlərini AzEdu.az-a bölüşdü. Parlament üzvü hesab edir ki, kitabların dijitallaşması zəruridir, ancaq mümkün olan məsələ deyil:

 

“Çap kitablarının qorunması aktual olaraq qalacaq. Çünki nə qədər təhsilin əldə olunmasının ən asan yollarına baş vursaq da, kitabdan alınan bilginin yerini əvəz etmək olduqca çətindir”.

 

 

Müsahibimiz düşünür ki, belə layihələrin həyata keçirilməsinin müəmmalı tərəfləri də kifayət qədər çoxdur:

 

 

“Rəqəmsallaşma dövrün tələbidir. Ancaq insanı süni bir varlığa çevirməyin gerçəkləşməyəcəyi ortadadır. Belə layihələrin həyata keçirilməsinin müəmmalı tərəfləri də kifayət qədər çoxdur. Biz çalışmalıyıq ki, Azərbaycan həm çağı yaxalayan, süni intellekt və rəqəmsallaşma probleminin həllində öncül mövqelərdən birini tutsun.

 

Eyni zamanda klassik təhsil imkanlarını qoruyan, xüsusilə də ənənəvi kitabların da arxa plana düşməsinin qarşısını alan addımlar atılmalıdır”.

 

F.Mustafa vurğulayıb ki, dijitallaşmanın bilik baxımından xeyli fəsadlarının olacağı indidən proqnozlaşdırıla bilər.