Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 14:34:02
“Nazirlərin təhsili” - Fərid Qayıbov harada oxuyub?  

 Hazırda Azərbaycan Respublikasında 17 nazirlik fəaliyyət göstərir. Bir çoxları nazirlərin hansı təhsilə malik olduqlarından xəbərsizdir.

 

 

AzEdu.az olaraq nazirlərin təhsil həyatını öyrənib “Nazirlərin təhsili” layihəmizi silsilə yazılarla təqdim edəcəyik.

 

 

İlk yazımız Azərbaycanın gənclər və idman naziri (2021), Azərbaycan Milli Olimpiya Komitəsinin Vitse-prezidenti (2021), Avropa Gimnastikasının prezidenti (2018),  Fərid Qayıbov haqqındadır. 

 

 

F.Qayıbov 1979-cu ilin aprelin 24-də Bakıda anadan olub. 1995-сi ildə Bakı şəhəri 1 saylı orta məktəbini bitirib. 

 

1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Dövlət İqtisad İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini bitirib.

 

Nazir 2014-cü ildə Sankt-Peterburqda P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

 

2021-ci ildə isə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub.