Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 12:42:26
Keçid balları enəcək ? – Abituriyentlərin gözlədiyi AÇIQLAMA  

 

Qəbul imtahanları artıq başa çatıb. I-IV qruplar xaric olmaqla digər qrupların nəticələri elan olunub. Bir müddət sonra isə ixtisas seçimi başlayacaq. Bəs nəticələr builki keçid ballarına necə təsir göstərəcək?

 

İxtisasların builki keçid balları ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev qeyd edib ki, keçid balları ötənilki ballarla uyğunluq təşkil edəcək:

 

Bu nazirlikdə islahatlardan daha çox pul düşünülür” - Elçin Əfəndi Təhsil  Nazirliyini “yıxıb-sürüdü” | KONKRET

 

“Qəbul imtahanları başa çatdı. Hazırda I-IV qrupların nəticələrinin emalı gedir. Ən geci avqust ayının 7-8-i elan olunacaq. Eyni zamanda II-III qrupların imtahan nəticələri məlumdur. Onların da appelyasiya komissiyasına müraciətlər dövrüdür.

 

 

Bütün bunlarla paralel olaraq artıq abituriyentlər müvafiq universitetlərə qəbul olmaqla bağlı planlarını hazırlayırlar. Düşünürəm ki, builki qəbul prosesində müvafiq olaraq ixtisas seçmə dövrü avqust ayının ikinci yarısı başlayacaq. Dövlət sifarişli və ödəniş əsaslarla olan plan yerlərində artım var. Buna rəğmən perspektivli, prestijli ixtisaslarda ballarda kəskin enmə halı gözlənilmir. Keçid balı olaraq ötənilki ballarla uyğunluq təşkil edəcək. Elə ixtisaslar var ki, keçən illərə nisbətdə bu il keçid balını toplayan daha çox abituriyent var.  Bəzi ixtisas qruplarında 200-500 bal toplayanların sayı 500-700 toplayanlardan çoxdur. Bu da onu deməyə əsas verir ki, qeyd olunan arealda bal toplayanlar çoxluq təşkil etdiyi üçün həmin ballara uyğun keçid də olduğu kimi qalacaq. Ola bilər ki, cüzi artım müşahidə olunsun. Əlbəttə ki, elə ixtisaslar da var ki, əmək bazarında onlara o qədər də tələbat olmadığı üçün onların balı yerində qalacaq və yaxud da enmə gözlənilir.

 

 

Müsahibimiz onu da diqqətə çatdırıb ki, bu il 27 mindən çox dövlət sifarişli plan yeri olacağı sevindirici haldır:

 

“Dövlət proqramına əsasən ümumi plan yerlərinin ən azı 60 minə yaxın olması planlaşdırılıb”.