Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 16:09:05
Ukrayna universitetlərinin diplomları tanınacaq? – Münasibət dəyişməlidir!  

 

 “Bir neçə il öncə Ukraynadan cəmi 2 universitetin diplomu Azərbaycanda tanınırdı. Hazırda diplomların tanınmasını həyata keçirən Elm və Təhsil Nazirliyi (ETN) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin siyahısında Ukraynadan neçə universitetin olduğunu demək çətindi”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, professor  Osman Gündüz Ukrayna universitetlərinin diplomlarının tanınmasına münasibətindən danışarkən qeyd edib.

 

Onun sğzlərinə görə, QS Dünya Universitetləri Reytinqinin bu günlərdə dərc etdiyi siyahıya Ukraynanın nə az , nə çox, 11 universiteti daxil olub:

 

No description available.

 

“Eyni zamanda, daha bir dünya universitetlər reytinqində, “Times Higher Education İmpact Rankings”in sonuncu siyahısında Ukraynadan 32 Universitet yer alıb”.

 

Bunun çox maraqlı və diqqət cəlb edən məqam olduğunu iddia edən professor səbəblər sadaladı:

 

 

“Cəmi bir neçə il öncə aşağı göstəricilərə malik olan, ərazisində müharibə gedən bir ölkədə bir anda çox sayda universitetlər nüfuzlu dünya reytinqlərinə daxil ola bilib.

 

Xatırladıram ki, Azərbaycandan cəmi 4 Universitet QS Dünya Universitetləri Reytinqinə daxil ola bilib : UNEC, BDU, ADU və ADNSU.

 

Ümid edirəm, ETN və Təhsildə Keyfiyyət Təminatı Agentliyi də bunların fərqindədir”.