Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 15:50:49
Sertifikasiyada uğursuz olan müəllimlərə ŞAD XƏBƏR: peşəkar təlimçilər...

 

 

20-24 iyun tarixlərində İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sertifikasiya imtahanları keçirilib. Prosesdə iştirak edən 30 061 ibtidai sinif müəlliminin 30 faizi, 8268 Azərbaycan dili və ədəbiyyat müəllimin 8 faizi 0-29 bal toplayaraq aşağı nəticə göstərib. Elm və Təhsil Nazirliyi tərəfindən verilən göstərişə əsasən, həmin müəllimlər təkmilləşdirmə təlimlərinə qatılmalıdırlar. 

 

Regionlarda fəaliyyət göstərən və təkmilləşdirməyə ehtiyacı olan müəllimlərlə bağlı hansı tədbirlərin görüləcəyini öyrənmək məqsədilə Regional Təhsil idarələrinə sorğu ünvanladıq. 

 

 

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AzEdu.az-a  verilən məlumata görə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərə dəstək məqsədilə psixoloji görüşlər, onlayn və əyani sınaq imtahanları, ixtisas və metodikadan dərslər, Regional Təhsil idarəsinin rəhbərliyinin iştirakı ilə dəstəkləyici görüşlər keçirilib:

 

 

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərə dəstək məqsədilə psixoloji görüşlər, onlayn və əyani sınaq imtahanları, ixtisas və metodikadan dərslər, Regional Təhsil idarəsinin rəhbərliyinin iştirakı ilə dəstəkləyici görüşlər keçirilib. Tədbirlər davam etdiriləcək.

 

Digər Regionlarda olduğu kimi Quba-Xaçmaz Regional Təhsil idarəsində də təhsilverənlər arasında az bal toplayan və ya ümumiyyətlə müsabiqə şərtlərini ödəməyən müəllimlər var. Quba-Xaçmaz Regional Təhsil idarəsi olaraq həmin müəllimlərin bilik və bacarıqlarının yüksəldilməsi, iş keyfiyyətlərinin artırıması məqsədilə növbəti imtahan gününə qədər psixoloji dəstəkləyici görüşlərin keçirilməsi, peşəkar təlimçilərin işə cəlb olunması, xüsusi öyrənmə mühitinin yaradılması və sınaq imtahanlarının keçirilməsinin təşkili planlaşdırılır”.

 

Son olaraq bildirilib ki, hazırda sertifikasiya imtahnında uğursuz nəticə əldə etmiş ibtidai sinif müəllimləri üçün dəstələyici təlimlər davam etdirilir.