Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 14:28:36
Alim “kölgə təhsili”ndən imtinanın “resept”ini verdi: “Təkliflər edə bilərəm ki...”

Son dönəmin ən çox müzakirə olunan, təhsil gündəmində qalan mövzusu “kölgə təhsili”dir. Sözügedən mövzu ilə bağlı fikirlər haçalanır. Kimi repetitorluğun bütün dünyada mövcud olduğunu və təhsilin inkişafını dəstəklədiyi fikrindədir. Kimi isə repetitorluğun məktəbin verdiyi təhsilə kölgə saldığını düşünərək, təhsilin ayr-ayrı evlərdən məktəblərə qaytarılmalı olduğunü düşünür.

 

 Əhməd Qəşəmoğlu: “Nazirlərimiz sadə hərəkətləri ilə deyil, tapşırılmış  işləri görməklə məşhurlaşsınlar...” Pravda.az

 Mövzu barədə AzEdu.az-a açıqlama verən sosioloq-alim Əhməd Qəşəmoğlu qeyd edib ki, fərdi hazırlıq olmadan da abituriyentlər qəbul oluna bilərlər:

 

“Mən bu barədə konkret təkliflər verə bilərəm, çünki elə bir dönəmdə təhsil almışam ki, heç repetitorluq yox idi. Üstəlik məktəbdə təhsil də yüksək səviyyədə idi. Məsələn, Naxçıvanda 7 nömrəli məktəbdə təhsil almışam. Bizim məktəbdə fənlər üzrə dərnəklər var idi. Həmin dərnəklərdə yüksək keyfiyyətdə tədris aparılırdı. Dərnəklərin fəaliyyətini yarışdırırdıq. Öz məktəbimizdə ən güclü riyaziyyat dərnəyi bizdə idi. Deyə bilərəm ki, o dönəmdə də qəbul sualları olduqca çətin idi. Ancaq heç bir repetitor hazırlığı olmadan da abituriyentlər ali məktəblərə qəbul olunurdu. Məktəbdə təhsil lazımi qaydada təşkil olunsa, nəticəsini də görmək olar. Təbii ki, burada müasir dövrün tələbləri nəzərə alınmalıdır.

 

Ekspertin fikrincə, mürəkkəbləşən cəmiyyətə uyğun olaraq hökmən həm valideynlər, həm məktəb rəhbərliyi, həm də müəllimlər arasında sosioloji araşdırmalar aparmaq lazımdır:

 

“Bu kimi məsələlər iki nəfərin müzakirəsi ilə həllini tapa bilməz. Bunun üçün bütövlükdə aidiyyəti şəxslərin fikriləri tədqiq olunmalı və buna əsasən təklif irəli sürülməlidir. Çünki cəmiyyət inkişaf edir. İnkişaf etdikcə də həssaslaşır. Tələb ondan ibarətdir ki, hər hansı mövcud problemlə bağlı müzakirə masasına oturmazdan əvvəl araşdırma aparılsın və bu datalara uyğun təkliflər hazırlansın.

 

İndiki dövr elədir ki, birinə “bunu et” və ya “etmə” deyə bilməzsən. Konkret faktlarla təklifini irəli sürməlisən”.