Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 14:23:00
Universitet imtahanları ləğv ediləcək? - Rəsmi CAVAB

"Hazırda heç bir hazırlığımız yoxdur. Cənab Prezidentimiz bizə göstəriş versə, bu mövzuda işləyə, imtahanlarda alternativ tədqiqatlar edə bilərik".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Prof. Dr. Erol Özvar "Universitet imtahanının ləğvi" müzakirələri ilə bağlı açıqlamasında deyib:

 

"Dünyadakı universitetlərdə seçim və yerləşdirmə prosedurları fərqli ola bilər. Bəzi ölkələrdə ümumi imtahan keçirilmir. Uşaqlar ibtidai və orta təhsil müddətində akademik uğurları ilə universitetlərə müraciət edirlər, universitetlər bu tələbələri qiymətləndirərək seçim edə bilərlər. Bizim kimi ölkələrdə ümumi ali məktəbə qəbul imtahanı olur. Bizdə bunun edilməsinin səbəbi universitetə daxil olmaq istəyən namizədlərin çoxluğudur. Təbii ki, burada siyasətçilərin iradəsi önəmlidir. Əgər Prezidentimiz bizə bu məsələ ilə bağlı göstəriş versə, biz onun üzərində işləyə bilərik. Əgər Prezidentimizin bu məsələdə iradəsi varsa, imtahanlarla bağlı alternativ araşdırmalar apara bilərik”.

Açıklama yok.

 

Özvar Türkiyənin ali məktəblərinə qəbul imtahanlarında böyük təcrübəyə malik olduğunu və bunun xidmət ixracı baxımından bazara çıxarıla bilən məhsul sayıla biləcəyini qeyd edib.