Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 16:44:38
Xaricdə təhsil almış 102 nəfərin diplomu tanınmayıb

May ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən AzEdu.az-a verilən məlumata əsasən, may ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 328, Rusiya Federasiyasından 151, Türkiyə Respublikasından 109, Gürcüstandan 54, Belarusdan 30, digər ölkələrdən isə 62 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 95, iqtisadiyyat üzrə 80, hüquqşünaslıq üzrə 69, menecment üzrə 44, bizensin idarə edilməsi üzrə 40 müraciətçi qeydə alınıb.

 

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

 

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.