Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-05 11:52:00
ADU məzunu Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub

ADU-75: Təhsil 1 fakültəsinin məzunu Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Azərbaycan Dillər Universiteti, Təhsil 1 faküləsi, İngilis dili müəllimliyi ixtisasının(qrup 402 a) fərqlənmə diplomu ilə məzunu İlqarə Abdullayeva Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının məşhur Bristol Universitetində magistratura səviyyəsi üzrə təhsilini davam etdirəcəkdir.

Təhsil 1 faküləsi dekanlığı və professor-müəllim heyəti adından məzunumuzu təbrik edirik və yeni-yeni uğurlar arzu edirik!