Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 15:15:00
Gəncə Dövlət Universiteti bu məzunlara ikili diplom verəcək   

Ölkə xaricində təhsil almaq istəyən tələbələrin əksəriyyətini maraqlandıran mövzulardan biri də ikili diplomlardır.



Azərbaycan universitetlərində hansı ikili diplom proqramları mövcuddur?

  

 

Layihəmizin növbəti araşdırma yazısı Gəncə Dövlət Universitetinin ikili diplom proqramları haqqındadır.

 

Gəncə Dövlət Universitetindən AzEdu.az-a bildirilib ki, müasir təhsil mühitində beynəlmilliləşmənin artırılması istiqamətində universitetin ikili diplom proqramları üzrə mütəxəssis hazırlığı diqqət mərkəzindədir:

 

“2022/2023-cü tədris ilində bu sahədə işlərə başlanılmış və Universitet əməkdaşları rektor prof.Yusif Yusibovun başçılığı ilə 2022-ci ilin dekabr ayında Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı üzrə mütəxəssis hazırlığı aparılması barədə müqavilə imzalanması məqsədilə görüş keçirilmişdir. Görüşün nəticəsi olaraq hər iki Universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Əldə edilmiş razılığa əsasən 2023/2024 –cü tədris ilindən etibarən iki Universitet arasında Biologiya, İqitsadiyyat və Tarix ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı həyata keçiriləcəkdir. Qeyd edək ki, 9 Eylül Universiteti Avropa İttifaqının Beynəlxalq Akkreditasiyasından keçmiş Universitet kimi Nyu-York və Boloniya proqramları əsasında mütəxəssis hazırlığı həyata keçirir.

 

Bakalavriat səviyyəsində təhsil alacaq hər iki ölkədən olan tələbələr 2 tədris ili 9 Eylül Universitetində, 2 tədris ili isə Gəncə Dövlət Universitetində təhsil alacaqlar. İkili diplom üzrə mütəxəssis hazırlığı ilə əlaqədar bütün sənədlər iki tərəfin iştirakı ilə hazırlanıb.

 

Türkiyə Respublikasının Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiq edildikdən sonra rektorlar tərəfindən imzalanması və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub.

 

İkili diplom proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilməsi üçün Türkiyə Respublikasının Firat və Manisa Celal Bayar universitetləri ilə də müzakirələr davam edir”.