Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 12:18:00
Gənc müəllim summativ qiymətləndirmə ilə bağlı bir nöqsanı üzə çıxardı - İDDİA

Bölgədə çalışan müəllimi, Bərdənin Kürdborakı kəndinin Kimya müəllimi Elşən Məmmədov summativ qiymətləndirmə ilə bağlı son zamanlar edilən müzakirələr arasında müəllimləri çaşdıracaq bir faktı qabardıb.

AzEdu.az gənc ucqar kənd müəlliminin nöqsan hesab etdiyi həmin faktı təqdim edir:

“Təhsil Nazirliyinin rəsmi qəzeti "Azərbaycan müəllimi"qəzetində çap olunan "Qiymətləndirmədə yeni yanaşma"adlı məqaləsində maraqlı bir məqam var: Nazirliyin sektor müdiri Vidadi Bağırov  "qüvvədə olan qaydalara əsasən, böyük summativ qiymətləndirmələri məktəb rəhbərliyi aparır", - deyə vurğulayır.

Analoji məlumat rəsmi mənbədə bu cür qeyd olunur: böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.

İndi burada bir detala diqqət edək:  Qiymərləndirməni  müəllim aparır, yoxsa,  direktor?Hər ikisi eyni şeydirmi?

Prosesi müəllim və direktorun aparmasınım heçmi fərqi yoxdur?Yəni, həmin dərs saatının pulunu müəllim alırdısa,onu direktor necə apara bilərdi?!  Qiymətləndirmə prosesinə nəzarət etmək, nəzarət komissiyası yaratmaqla summativi aparmaq eyni şeydirmi?

Baxın, bu tipli suallar ortaya çıxır  və ...

Böyük summativ qiymətləndirmə vasitələri  Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.Yəni müəllim summativi keçirir,direktor və ya Nəzarət Komissiyası ona nəzarət edir.

Xalq dilində desək, arada gəlib, baxır gedir.Ancaq qüvvədə olan hansı qaydadır ki, böyük summativ qiymətləndirmələri məktəb rəhbərliyi aparır",o qayda rəsmi olaraq harada yazılıb?

İddia edirəm Nazirliyin rəsmisi yanlış müsahibə verib.

Elşən Ramizoğlu