Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 11:02:00
Valideynlərdən “şirinlik” istəyən direktorlara XƏBƏRDARLIQ 

“Bəzən məktəblərə uşaqları qəbul edən zaman valideynlərdən “şirinlik” tələb olunur”.
 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

“Bu hallarla qarşılaşan valideynlərin mütləq şəkildə ya hüquq-mühafizə orqanlarına, ya da Elm və Təhsil Nazirliyinə müraciət etməyi xahiş olunur. Yazılı və ya elektron formada şikayətlərini bildirə bilələr.

www.mektebeqebul.edu.az elektron portalı üzərindən qeydiyyatdan keçən valideynlərə təsdiq mesajı gəlibsə, heç bir məktəbin həmin şagirdi qəbul edərkən pul istəməyə haqqı yoxdu. Valideynlər yalnız onlardan tələb olunan sənədləri gətirməlidir. Məktəbin də buradakı funksiyası həmin sənədləri qəbul etməkdən ibarətdir”.

Mayın 11-də 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Mayın 11-i saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, mayın 15-i saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.

Mayın 15-i saat 11:00-dan mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan 1-ci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq.