Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 11:42:00
Tələbələrin universitetdən xaric edilməsi qaydaları dəyişir

Ukrayna Təhsil və Elm Nazirliyi tələbələrin universitetdən xaric edilməsi, yenidən  bərpası və digər universitetə köçürülməsi qaydalarına, habelə akademik məzuniyyətlərin verilməsi şərtlərinə dəyişiklik etmək niyyətindədir. Bunun üçün artıq ictimai müzakirə elan olunub.

Azedu.az xəbər verir ki, Ukrayna Təhsil və Elm Nazirliyi müvafiq Əsasnamənin hazırkı variantının artıq köhnəldiyini və dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.

Nazirlik əhalidən gələn irad və təklifləri mayın 10-dək Əsasnamənin yeni layihəsini müqayisəli cədvəl şəklində qəbul edəcəyini bildirib. Bunun üçün elektron ünvanlar müəyyən edilib.

Müzakirələrin nəticələrinə dair qərar qəbul edildikdən sonra sənəd iki həftədən gec olmayaraq Nazirliyin internet saytında yerləşdiriləcək.