Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 09:27:00
Tələbələr plagiatlığa görə universitetdən xaric ediləcək

Tələbələr plagiatlığa görə Ukraynadakı universitetlərindən xaric edilə bilər.

AzEdu.az xəbər verir ki, Ukraynada Təhsil və Elm Nazirliyi belə bir təklifi həyata keçirmək niyyətindədir. Bu istiqamətdə artıq müəyyən işlər görülür. 

Plagiatdan istifadə edən tələbələrin universitetdən xaric olunmaları ilə bağlı müvafiq norma, təhsilin  dayandırılması, onların yenidən bərpa olması və yerdəyişməsi qaydaları haqqında Əsasnamə layihəyə salınıb. Bu sənəd artıq ictimai müzakirəyə təqdim olunub.

Yeni Əsasnamə layihəsinin ictimai müzakirəsi mayın 10-dək davam edəcək.