Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 10:49:00
Kimyəvi hücumlara etiraz edən üç tələbə həbs olunub

İranda üç tələbə qızların oxuduğu məktəblərdə hələ də davam edən kimyəvi zəhərləməyə qarşı etiraz etdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

AzEdu.az xəbər verir ki, bunlar Fereshteh Tousi, Hasti Amiri və Ziya Nəbavidir. Hər üç gənc təhsil aldıqları məktəbə çağırılıb və "dövlət əleyhinə təbliğat"da ittiham edilərək oradaca həbs edilib.

İran hökuməti məktəbli qızların kütləvi zəhərlənməsində əli olan günahkarları müəyyən edərək tutmaq əvəzinə, bu hadisəyə etiraz edən tələbə gəncləri həbsxanalara atmağı daha üstün tutur. Repressiya tədbirlərinə baxmayaraq, hakimiyyətin fəaliyyətsizliyinə qarşı etirazlar da səngimir.

Ölkə boyu kimyəvi hücuma məruz qalan məktəblərin sayı 300-dən artıqdır, minlərlə qız şagird kimyəvi hücumların qurbanı olub. Buna baxmayaraq hökumətdən hələlik bu hadisələrlə bağlı heç bir dəqiq cavab verilməyib və heç bir qərar çıxarılmayıb.