Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 13:55:00
Hər 5 valideyndən 1-nin övladı tətil vaxtı işləyəcək

SuperJob sosial araşdırma mərkəzinin apardığı sorğu nəticəsində məlum olub ki, Rusiyadakı hər beş valideyndən biri övladının yay tətili zamanı part-time iş axtardığını söyləyib.

AzEdu.az xəbər verir ki, əvvəlki illərdəki sorğularla müqayisədə belə cavabların çəkisi dörd faiz (15-dən 19%-ə) artıb.

45% valideyn övladının tətil günlərində istirahət edəcəyini bildirib. Rəyi soruşulanlardan 36%-i uşaqlarının yay üçün planlarından xəbərsizdir.

Rusiyada 14-17 yaşlı yeniyetmələr üçün ən populyar yay işi üçün kuryer və restoran xidmətçisi kimi işləmək daha geniş yayılıb.