Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 14:19:00
Valideynlər qızları qorumaq üçün "ətdən çəpər" çəkiblər

İran hökuməti qız məktəblərinə davamlı kimyəvi hücumların qarşısını ala bilmədiyi üçün valideynlər övladlarınınm müdafiəsini öz əllərinə almağa çalışırlar.

AzEdu.az xəbər verir ki, son iki həftədə artan hücumlardan sonra sosial mediada qızların oxuduğu məktəblərin qarşısında keşik çəkən valideynlərin fotoşəkilləri kütləvi informasiya vasitələrində də yayılıb.

İran Müəllimlərinin Həmkarlar Təşkilatının Koordinasiya Şurası şagirdləri qorumaq üçün müdafiə qruplarının yaradılması barədə bəyanat yayıb. Şura valideynləri məktəblərin ətrafında ətdən çəpər yaratmağa çağırıb.

Son iki həftədə Sənəndəc şəhərində bir neçə məktəb ikinci dəfə tərkibi müəyyən olmayan qaz hücumuna məruz qalıb.

Həmədan, Mehrşəhr,  Kərəc və digər şəhərlərdəki qız məktəblərinə də anoloji hücumlar olub. Bu hücumlardan sonra çoxlu sayda qız xəstəxanaya aparılıb.

Müəllimlərin Həmkərlar İttifaqının Koordinasiya Şurası həmçinin bildirib ki, paytaxt Tehran yaxınlığındakı Kərəcdəki qaz hücumlarından birindən sonra iki müəllim də reanimasiya şöbəsinə yerləşdirilib.

Açıqlamada zəhərlənmələrin 6 aydan artıqdır ki, baş verdiyi və təsadüfi çıxışlara baxmayaraq, səlahiyyətli orqanların bu hücumların qarşısını almaq üçün heç bir tədbir görmədiyi vurğulanıb.

Şagirdləri, onların ailələrini və müəllimləri əl-ələ verib məktəbli qızları qorumaq üçün qruplar yaratmağa çağıran Şura bildirib ki, bu fəlakətli cinayətlərin səbəbkarları müəyyən edilməsə, mühakimə olunmasa və cəzalandırılmasa, müəllimlərin dərsləri küçələrdə keçirəcəyinin qaçılmaz olacaq.