Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 14:35:00
İngilis dili səviyyənizi öyrənməyin 4 yolu

CV yazırsanız, müxtəlif vizalarla əlaqədar səfirliklərə müraciət edirsinizsə, ingilis dilli ölkələrdə təhsil almağı və ya işləməyi planlaşdırırsınızsa, ingilis dili biliyi testi elə sizin üçün faydalıdır. Bu həm də sizə təhsilinizi hansı səviyyədən davam etdirməli olacağınızı  müəyyən edəcək...

Azedu.az sizə ingilis dili səviyyənizi öyrənməyin 4 yolu haqda məluamt verir:


1.
Onlayn sınaq

Ən sürətli və ən sərfəli yol internetdə dil testi tapmaqdır. Rəsmi mərkəzlərin və dil məktəblərinin testlərinə etibar edə bilərsiniz. Məsələn: Kembric Mərkəzi, Britaniya Səfirliyinin Mədəniyyət və Təhsil Departamenti , Beynəlxalq Dil Məktəbi ILS.


2. Müəllim qiymətləndirməsi

Dil səviyyəsinin peşəkar qiymətləndirilməsini bu sahə üzrə mütəxəssis-müəllimlər verə  bilər: ingilis dili müəllimi və ya orta məktəb müəllimi.


3. Beynəlxalq sınaq

Adətən dil biliyinin müəyyən edilməsi ilə əlaqədar imtahanlar yüksək reputasiyaya və beynəlxalq nüfuza malik dil mərkəzləri tərəfindən aparılır. Ən populyar: IELTS, TOEFL və Kemmbric Qiymətləndirmə mərkəzləri tərəfindən  aparılır.


4. ILS-in müstəqil sınaqları

Beynəlxalq Dil Məktəbi olan ILS Kembric imtahanlarının tam təqlidi olan müstəqil test keçirir. Davranış standartlarına, tapşırıqların növlərinə və qiymətləndirmə sisteminə görə orijinala çox yaxındır. Kembric imtahanları bizim ölkəmizdə keçirilməzdən qabaq  ILS məktəbi səkkiz il ərzində bu testləri aparmaq üçün akkreditə olunmuş mərkəz kimi işləyirdi. Siz həm səviyyənizi müəyyən etmək, həm də xaricdə beynəlxalq imtahanlara hazırlaşmaq üçün müstəqil ILS testindən keçə bilərsiniz.