Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 08:43:00
Məktəbli qızları zəhərləmək istəyən dəstə həbs olunub

Qərbi İranın təhlükəsizlik orqanları məktəbliləri zəhərləməyə cəhd edən bir qrup şəxsin həbs edildiyi barədə məlumat verib. AzEdu.az-ın məlumatına görə, İranın dövlətətə yaxın İRNA agentliyi bildirib ki, bu barədə Luristan əyalətinin Borucerd şəhərinin qubernatorunun ictimaiyyətlə əlaqələr şöbəsi xəbər yayıb.

Xəbərdə deyilir ki, həbs olunanlar Borucerddəki bir neçə məktəbdə şagirdlər və onların ailələrini narahat etmək istəyib. Şübhəlilərin tutulması üçün əməliyyata İran kəşfiyyatı, təhlükəsizlik və polis orqanları cəlb edilib.

Bu həbslər İran ictimaiyyətinin dövlət orqanlarından narazılığı fonunda baş verib. Ölkədə bir neçə aydır ki, qızların oxuduqları məktəblərdə kütləvi zəhərlənmə halları baş verir və minlərlə qız zəhərlənmə dioqnozu ilə xəstəxanalara yerləşdirilib. Dövlətin bu cinayəti törədənləri tapmaması insanlarda ona qarşı şübhələri artırıb. Adamlarda məktəbli qızların elə dövlətin özü tərəfindən zəhərlənməsi barədə fikirlər formalaşıb. Onlar hesab edirlər ki, hakimiyyət orqanları bu yolla qadınların kütləvi etiraz aksiyalarında iştirakına görə onlardan qisas alır.