Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 11:46:00
Məktəbli qız oğurlandığı haqda yalan danışıb

Rusiyanın Primorye vilayətinin Artyom şəhərindən olan qız dərsə gecikdiyinə görə danlamamaq üçün qaçırıldığı barədə nağıl uydurub.


AzEdu.az xəbər verir ki, 10 yaşlı məktəblinin anası polisə müraciət edərək, naməlum şəxsin onun qızını küçədə qaçırmağa çalışdığını bildirib.

Polis ərazini yoxlayıb, müşahidə kameralarının qeydlərinə baxıb, lakin bu hadisəyə dair heç bir dəlil tapmayıb.

Sonra məktəbli qız anasının iştirakı ilə danışdırılıb və məlum olub ki, qız dərsə gecikib, valideynləri onu danlamasın deyə qaçırılma hekayəsini uydurub.

Polisdən bildirilib ki, qız və onun valideynləri ilə profilaktik söhbət aparılıb.