Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 09:05:00
İrandakı qız məktəblərində yeni zəhərlənmə halları baş verir

İranda bir neçə məktəbdə qızların naməlum qazdan zəhərləndiyi barədə xəbərlər yayılıb.

AzEdu.az xəbər verir ki, ilk belə hallar bir neçə ay əvvəl qeydə alınmışdı və o vaxtdan bəri minlərlə məktəbli qız zəhərlənmə hadisəsinin qurbanı olub, onlarla qız uşağı tənəffüs problemi, ürək bulanması, ürək döyüntüsü və əzalarının uyuşması simptomları ilə  ilə xəstəxanalara yerləşdirilib.

İranın ali lideri Ayətullah Əli Xameneyinin günahkarların cəzalandırılacağı barədə bəyanat verməsinə baxmayaraq, zəhərlənmə hadisələrinin qarşısını almaq mümkün olmur. Məhz buna görə də bir çox İran vətəndaşı zəhərlənmələrin arxasında hakimiyyətin nəzarəti altında olan fundamentalistlərinin əli olduğunu istisna etmir. Onlar gənc qızlardan hökumətə qarşı etirazlarda iştirak etdiklərinə görə qisas alırlar.