Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 05:58:00
Universitetlər çağışış yaşına çatanlar haqda Müdafiə Nazirliyini məlumatlandıracaq

Rusiyada universitetlər və işəgötürənlər hərbi xidmətə cəlb olunanlar haqqında Müdafiə Nazirliyinə məlumat verməli olacaqlar.

AzEdu.az xəbər verir ki, bu barədə aprelin 11-də Dövlət Dumasının təcili qəbul etdiyi "Rusiyada hərbi qeydiyyatın yeni qaydaları haqqında" qanun layihəsində deyilir

“Hərbi qeydiyyatda olan, habelə hərbi qeydiyyatda  olmayan, lakin hərbi qeydiyyata alınması tələb olunan vətəndaşları işə götürən və ya onlara təlim keçirən təşkilatlar hərbi qeydiyyatın aparılması üçün zəruri olan məlumatları dövlət və bələdiyyə xidmətləri portalı vasitəsi ilə dövlət informasiya ehtiyatının operatoruna göndərirlər,”, - deyə mətnə edilən dəyişiklik haqqında məlumat verilir.

Bu qanun dövlət  xidmətlərində çalışan şəxslərə elektron çağırış vərəqələrinin göndərilməsinə imkan verir. Bu cür çağırışlar şəxsən göründüyü andan etibarən icrasının təmin edilməsi tələb olunur.